Şirvanda 39 yaşlı kişi meyiti tapıldı

21:54 11-09-2019 484

Şirvan şəhərinin Dəmiryolu küçəsində kişi meyiti tapılıb. 

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, ölən şəxs Şirvan şəhər sakini, 1980-cı il təvəllüdlü İsayev Vaqif Vahid oğludur. 

Onun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.