Koçaryan yenidən həbs olundu

16:27 25-06-2019 732

Ermənistan Apellyasiya Məhkəməsi sabiq Prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərarı ləğv edib. 

“Sputnik Ermənistan” xəbər verir ki, iclasda iki məsələyə baxılıb. 

Bunlar prokurorluğun sabiq prezidentin azadlığa buraxılması və ona qarşı cinayət işinin dayandırılması ilə bağlı qərarlar olub. 

Koçaryan və vəkili iclasda iştirak etməyib.

Qeyd edək ki, mayın 18-də Yerevan məhkəməsi Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. 

Xatırladaq ki, 26 iyul 2018-ci ildə Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart (2008-ci il) hadisələri zamanı aksiya iştirakçılarının dağıdılması ilə bağlı iş üzrə Koçaryanı rəsmi qaydada konstitusiya quruluşunu pozmaqda ittiham edib.