Bekhem Messini öz klubuna çağırdı

07:27 12-09-2019 716

Amerikanın "İnter Myami" klubunun həm sahibi Devid Bekhem "Barselona"nın hücumçusu Lionel Messiyə zəng vuraraq ona komandasına qoşulmağı təklif edib.

2020-ci ildə MLS-də çıxış edəcək "İnter" Messini öz heyətində görmək istəyir. Amerikalı klub argentinalıya dəyərli təklif edib.

Daha əvvəl Bekhem Zinəddin Zidanı klubun baş məşqçisi vəzifəsinə gətirmək istəyirdi.