Bakı-Horadiz qatarı bir saatdan çox ləngidi

09:36 12-09-2019 442

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə HerGun.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib. 

O bildirib ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb:

“Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib”.

İlhamə Əbülfət