Azərbaycanda klub prezidenti qovduğu işçisindən polisə şikayət edib

16:09 12-09-2019 463

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev işdən çıxardığı əməkdaşından polisə şikayət edib.

HerGun.Az-ın xəbərinə görə, Premyer Liqa təmsilçisinin rəhbəri ötən ilin aprelində klubun veb səhifəsinə baxan Kamran adlı şəxsi işdən çıxarıb.

Lakin o, veb səhifənin idarəetməsini tam təhvil vermədiyindən Kamran Quliyev adaşından hüquq-mühafizə orqanlarına şikayət edib. 

Səbuhi Musayev