Lavrov rəsmi Tbilisini qınadı - Millətçiliyi təbliğ edirlər

18:18 25-06-2019 18

Gürcüstan hakimiyyəti anti-Rusiya və millətçilik əhval-ruhiyyəsini aşılayır.

RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Rusiyanın düşmən və işğalçı olması ilə bağlı açıqlaması bu ölkədəki rusların mövqeyinə uyğun deyil. O, bizim küçələrdə gördüyümüz ultra-ekstemizmi, millətçiliyi, anti-Rusiya əhval-ruhiyyəsini təbliğ edir”, - deyə XİN rəhbəri bildirib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.