Bakı - Quba yolunda qəza: İki nəfər xəsarət aldı - FOTO

03:54 13-09-2019 530

Bakı-Quba yolunda avtomobil qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun 84-cü kilometrliyində qeydə alınıb.

Sürücü Ramin Abıyevin idarə etdiyi yüklə dolu olan “Ford” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə Ramin Abıyev və Reyhan Məmmədəliyeva xəsarət alıblar.

Yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.