İstanbul restoranında ofisiantları robotlar əvəzlədi

08:09 13-09-2019 441

İstanbulun Ataköy rayonunda yerləşən restoranda klientlərə robotlar xidmət göstərir.

"RİA Novosti" xəbər verir ki, robotları türkiyəli mühəndislər proqramlaşdırıb.

"Robotlardan istifadə etmək məsləhətini bizə bir professor olan müştərimiz bildirib. Biz isə bu ideanı həyata keçirdik. Robotlar bizim rəsmi brendimizdir və buna müəllif hüquqularımız var", - deyə direktor Mücahid Kuşman bildirib.

Onun sözlərinə görə, robotlar restoranda müştəri sayının artmasını təmin edib.