Şirvan sakini turşudan zəhərləndi

08:27 13-09-2019 473

Şirvan şəhərində zəhərlənmə hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib.

Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.