Balakəndə it dörd yaşlı uşağın dodağını qopardı

09:18 13-09-2019 403

Balakəndə it uşağın dodağını qoparıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdullayevi yaşadığı evin həyətində it dişləyib. Dörd yaşlı uşaq dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O.Abdullayevə üst dodağın it dişləməsi diaqnozu qoyulub, lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.