Traktorla “Mersedes” toqquşdu, yaralı var - FOTO

19:36 25-06-2019 553

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə bu gün rayon mərkəzində, H.Əliyev prospektində baş verib. 

Kürdəmir sakini Baloğlanov Polad Kərim oğlu “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən, qəfildən qarşısına çlxan traktorla toqquşub. Nəticədə traktorun sürücüsü 1966-cı il təvəllüdlü Yevlax rayon sakini İnqilab Ərzuman oğlu Quliyev müxtəlif növ xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Nazir Quliyev