Dünyanın ən yaxşı futbolçusu Azərbaycanla oyunda zədələnib

11:09 13-09-2019 546

Xorvatiya millisinin və Madrid “Real”ının futbolçusu Luka Modriç zədələnib.

İspaniya klubunun rəsmi saytının açıqlamasına görə, təcrübəli futbolçu sağ ayağının əzələsindən zədələnib.

Artıq onun sabah İspaniya La Liqasının “Levante” ilə görüşündə oynamayacağı dəqiqdir. Həmçinin, Modriçin həftəortası UEFA Çempionlar Liqasında Fransanın PSJ klubu ilə vacib görüşdə oynaması sual altındadır.

Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu seçilən Luka Modriç 34 yaşını Bakıda qeyd edib. Ulduz futbolçu son oyununu da Bakıda Azərbaycan millisinə qarşı keçirib və həmin oyundan sonra zədə alıb.

Səbuhi Musayev