Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar

12:54 13-09-2019 361

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda plenar iclasla işini davam etdirib.

HerGun.Az xəbər verir ki, tədbirdə hərbi jurnalistikanın yaranması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin peşəkarlığından, hazırlanan yazıların, məlumatların daha geniş yayılmağa və ictimaiyyəti daha çox maraqlandırmağa başlamasından danışılıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşüb.

O qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:

“Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə əvvəlcədən hazır olmalıdırlar. Eyni zamanda, bütün bu çətin şəraitə baxmayaraq, dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir”.

Könül Cəfərli