Dumanlı havada “Ford” divara çırpıldı: ölən var

13:45 13-09-2019 372

Lerikdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, sentyabrın 12-də axşam saatlarında, rayonun Gürdəsər kənd sakini Şəhadət Xosrofovun idarə etdiyi “Ford” markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı divara çırpılıb. 

Nəticədə, sürücü və üç sərnişini ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Şirvan Məmmədov xəstəxanada ölüb. 

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.