Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

17:09 13-09-2019 536

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 605,3 milyon manat, xərcləri isə 28 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsri 586,7 milyon manat təşkil etməlidir.

Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri isə 480,3 milyon manat məbləğində nəzərdə tutulub. Bu, bu illə müqayisədə 96,6 milyon manat çoxdur. 

Aqşin Kərimov