Bərədədə yük avtomobili ilə minik maşını toqquşdu: xəsarət alanlar var

22:18 13-09-2019 380

Bərdə rayonunda baş verən yol qəzasında sürücülər xəsarət alıb.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106 " markalı minik avtomobili ilə " Qazel" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.