“Maklerlər bağı”nda 59 yaşlı kişi döyüldü

00:00 14-09-2019 575

Nizami rayonunda döyülmə faktı baş verib.

HerGun.Az xəbər verir ki, “Maklerlər bağı” adlanan ərazidə naməlum şəxs və ya şəxslər 1960-cı il təvəllüdlü Şapavalov Veçeslav Vitali oğlunu döyüblər. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu