Maştağada 21 yaşlı gənci avtomobil vurdu

02:09 14-09-2019 367

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Məmmədov Bilal Elman oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan B.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu