Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO

06:54 14-09-2019 499

Ukrayna prezidenti Vladimir Zelenski  Yalta Avropa Strategiyasının (YES) mətbuat üçün qapalı keçirilən tədbirində vaxtı ilə rəhbəri olduğu “Kvartal-95” ilə birlikdə səhnəyə çıxıb. 

Bu barədə LB.ua məlumat verir.

Bildirilir ki, YES tədbirində Vladimir Zelenski, ölkənin rəhbər şəxsləri və ali qonaqların qarşısında Yevgeni Koşevoy, Yelena Kravets (Yuliya Timoşenkko obrazında), Mika Fatalov, eləcə də Zelenskinin özünü parodiya edən Yuri Veliki çıxış ediblər.

Yuri Veliki Ukrayna prezidentini səhnəyə “tərcüməçi” roluna dəvət edib. Lakin Zelenski özünü oynayıb. Nəticədə Veliki ilə arasında gülməli improvizasiya yaranıb.