Qazaxıstanda silah anbarı partladı: yaralılar var

09:09 14-09-2019 569

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.

TASS xəbər verir ki, insident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.

Hadisə zamanı dörd nəfər yaralanıb.

Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.