Sürücüsüz ZİL “Jiquli”yə çırpıldı

10:00 14-09-2019 405

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun mərkəzi bazarında qeydə alınıb.

Belə ki, içərisində sürücüsü olmayan ZİL markalı yük maşını anidən arxaya hərəkət edərək “VAZ 21011” markalı avtomobilə çırpılıb.

Nəticədə, “Jiquli”nin sürücüsü 1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.