Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı - FOTO

10:27 14-09-2019 356

Xaçmazda 32 yaşlı qadın itkin düşüb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm, orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.