BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO

11:00 14-09-2019 380

Hava limanı yolunda baş verən dəhşətli qəza kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək, “Ford” markalı mikroavtobusa dəyib.

Bu zaman “Ford” hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılıb.

Ardınca isə bir neçə dəfə çevrilərək aşıb. Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib.

Hadisə nəticəsində hər iki sürücü yaralanıb. “Ford”un daşıdığı yük isə yola səpələnib.