Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

18:54 14-09-2019 373

Şəmkir rayonu Düyərli kəndinə qaz verilməsində fasilə olacaq.

Azəriqaz İstehsalat Birliyindən HerGun.Az-a verilən məlumata görə, həmin kəndə gedən, diametri 159 mm olan orta təzyiqli qaz xətti yolda tikinti aparan təşkilatın texnikası tərəfindən zədələnib.

Bunun nəticəsində 1800 abonentin qaz təchizatında fasilə yaranıb.

Yevlax rayonunun Bünyabad kəndində də qaz təchizatında müəyyən fasilələr olub.

Belə ki, kənd ərazisində qazıntı işləri aparan traktor 32 mm diametrində olan polietilen qaz xəttini qırıb.

Bərpa işləri aparılanadək 105 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.