Polşalı turisti Ermənistanda ayı parçaladı

22:45 14-09-2019 458

Polşalı turist Ermənistanda ölüb.

“RİA Novosti” xəbər verir ki, Araqats dağına çıxmağa hazırlaşan Polşa vətəndaşı ayı hücumuna məruz qalıb.

Bu barədə polislərə onun rəfiqəsi məlumat verib. Helikopterlə ətrafda axtarış aparan xilasedicilər iki saat sonra sözügedən şəxsin meyitini tapıblar.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.