“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Sabah”a qalib gəldi - VİDEO

01:54 15-09-2019 503

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

HerGun.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçı Sumqayıtda keçirilib. Burada şəhərin eyniadlı komandası ilə “Zirə” üz-üzə gəlib. Geridə qalan turlarda hərəyə 1 qələbəsi olan komandaların görüşü zirəlilərin qalibiyyəti ilə yekunlaşıb.

Günün digər qarşılaşmasında “Sabah” Masazırda “Qəbələ”ni qəbul edib. Sonuncu iki pillədə qərarlaşan kollektivlərin oyununda qonaqlar 3 xal qazanıb.

Azərbaycan Premyer Liqası

IV tur

14 sentyabr

“Sumqayıt” – “Zirə” - 1:2
Qol:
T.Mütəllimov, 16-öz qapısına - X.S.Rodrigez, 5. Ş.Tiqrudja, 88

 

“Sabah” – “Qəbələ” - 0:1
Qol:
R.Hüseynov, 47