İbrahimoviç meydana qaçan fanatı baxışı ilə “yıxdı” - VİDEO

02:54 15-09-2019 1128

“Los-Anceles Helaksi “nin isveçli hücumçusu Zlatan İbrahimoviç futbolun Baş Liqasında (MLS) “Kolorado Repids” ilə oyun bitdikdən sonra (1:2) meydana qaçmış azarkeşlə az qala toqquşub.

Video komandanın “Twitter” hesabında yerləşdirilib.

Oyundan sonra meydana qaçan fanat forvardla göz-gözə gələn kimi yıxılıb. Stüardlar kişini meydandan çıxaran zaman isə İbrahimoviç heç bir  reaksiya verməyib. 

Sosial şəbəkələrin istifadəçiləri forvardı  bu hərəkətinə görə “toxunulmaz” adlandırıblar. 

“Oğlan sadəcə sevimli futbolçusuna toxunmaq istəyirdi, amma İbrahimoviçin baxışı onu yıxdı”, - deyə istifadəçilərdən biri yazıb.