Mehriban Əliyevadan Bilik günü təbriki - FOTO

11:54 15-09-2019 542

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Facebook" sosial şəbəkəsindəki səhifəsində 15 Setyabr - Bilik günü ilə bağlı təbrikini bölüşüb.

Birinci vitse-prezident yazıb: "Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, Bilik Gününüz mübarək!"