Gəncədə piyadanı maşın vurdu

12:18 15-09-2019 426

Gəncənin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vurub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, 1969-cu il təvəllüdlü Nuridə İbrahimova yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil onu vurub.

Qadının vəziyyəti orta-ağırdır.

Hadisənin təfərrüatları araşdırılır.