Qaxda yoldan çıxan maşın meşəyə girdi – FOTO

21:54 15-09-2019 459

Bu gün axşam saatlarında Qax rayonun ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qax - Qıpçaq avtomobil yolunda, rayonun Keşqutan kəndi ərazisində qeydə alınıb.

63 yaşlı Mircəlal Nəsrullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq meşəyə daxil olub və bir-neçə ağaca çırpılıb.

Xəsarət alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda onun muayinəsi aparılır.

Fakt araşdırılır.