Salyanda azyaşlı uşağı maşın vurdu

23:18 15-09-2019 413

Salyanda avtomobil azyaşlı uşağı vurub.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kənd ərazisində baş verib.

Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı yolda qaçmaq istəyən zaman minik avtomobili vurub.

Yüngül xəsarətlər alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.