Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü: 7 nəfər öldü - VİDEO

05:18 16-09-2019 852

Kolumbiyada kiçik təyyarə qəza edərək yaşayış evinin üstünə düşüb.

Colombia Reports” xəbər verir ki, qəza zamanı təyyarədə 9 nəfər olub.

Onlardan 7-i ölüb, 2-i isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstəxanaya təyyarənin dağıtdığı evin 5 sakini də yerləşdirilib. Onların vəziyyəti ağırdır, aralarında 10 yaşlı uşağın olduğu bildirilir.

Hadisə bazar günü, təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.

Kolumbiyanın Mülki aviasiya idarəsi hadisənin araşdırılmasına başlayıb.