Qızılın qiyməti maksimuma yaxınlaşır

07:36 26-06-2019 1453

Son həftələr ərzində dünya bazarında qızılın qiyməti maksimum həddə çatmaqdadı.

“RİA Novosti”nin dindirdiyi ekspertlər bildirir ki, əgər bu trend davam edərsə “sarı metalın” unsiyasına 1500 dollardan artıq pul veriləcək.

“Qızılın qiymətində kəskin artma müşahidə olunur. Bunun arxasında güc yıömaqda olan müəyyən fundamental, spekulativ və texniki faktorlar durur”, - deyə, “Promsvyazbank”ın baş analitikı Roman Antonov bildirir.

Onun sözlərinə görə, qızılın qiymətinin artmasına işgüzar aktivliyin səngiməsi, dünya ticarətinin və ABŞ-ın ticarə dövriyəsinin azalması öz təsirini göstərir.