“Nissan”ın rəhbəri istefaya getdi

08:18 16-09-2019 112

Yaponiyanın “Nissan Motor” şirkətinin rəhbəri Xiroto Saikava istefaya gedib.

RİA Novosti” xəbər verir ki, Saikavanın vəzifədən getməsi şirkətin gəlirlərinin artırılması zərurətindən yaranıb.

Şirkətin avtomobil bazarında rəqabət qabiliyyətini yeni rəhbər artırmalı olacaq.

Avtonəhəngin yeni rəhbəri oktyabrda təyin olunacaq.