Bu il Azərbaycanda on minə qədər ailə dağılıb

12:18 16-09-2019 1604

2019-cu ilin yeddi ayında ölkədə 33647 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Aqşin Kərimov