Yolu keçən piyadanı maşın vurdu

13:09 16-09-2019 840

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

HerGun.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı 1976-cı il təvəllüdlü Vəliyev Mehralı Kamil oğlu özünə məxsus “Mercedes-Benz Vito” markalı, KF-427-FK Gürcüstan dövlət nəqliyyat nişanlı avtomobillə Zabrat - Kürdəxanı qəsəbəsində yolu keçən piyada 1960-cı il təvəllüdlü Əhmədova Nərimə Mirtağı qızını vurub. 

Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

N.Əhmədova aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başladılıb.

Araşdırma aparılır.

Könül Cəfərli