Maşın su kanalına düşdü, sürücü öldü

15:45 16-09-2019 866

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə rayonun Axıska kəndi yaxınlığından keçən yolda qeydə alınıb.

Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlu özünə məxsus “VAZ  2106” markalı, 49 BC 802 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə, maşın yolun kənarındakı su kanalına düşüb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Ailə yaxınlarının dediyinə görə, N.Əliyev ürək xəstəliyindən əziyyət çəkib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli