“Hyundai” “Bir maşın sevinc” layihəsi həyata keçirdi - FOTO/VİDEO

15:54 16-09-2019 904

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti  sentyabrın 13-də Bilik günü münasibətilə “Bir maşın sevinc” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.

Şirkət layihə çərçivəsində  Xaçmaz, Quba, Qusar rayonlarının ucqar kəndlərində yaşayan 40 nəfər aztəminatlı ailənin övladını yeni tədris ilində sevindirib. “Hyundai” sahibi könüllülərədən  və şirkətin səlahiyyətli şəxslərindən ibarət maşın karvanı Laza, Susay və Çarxı  kəndlərinə səfər edərək 1-4-cü sinif uşaqlarına məktəbli ləvazimatları hədiyyə edib. 

Adətən, belə yürüşlərdə nisbətən köhnə illərin buraxılışı olan avtomobillər iştirak edirlər. Lakin şirkətin yayımladığı video və şəkillərdən də göründüyü kimi, yürüşdə 2019-cu il istehsalı tam yeni “Santa Fe”, yenilənmiş “Tucson”, yenilənmiş “Elantra” və “Accent” modelləri iştirak edib.

Şirkət  “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım” və “Yaşıl ofis” kimi KSM layihələri ilə diqqəti aktual mövzulara çəkə bilmişdir. Son zamanlar isə “Auto Azerbaijan” şirkəti müxtəlif maarifləndirici tədbirlər və vasitələrlə məktəbliləri əhatə edən layihələr etməkdədir.

Belə ki, 2017-ci ildə həyata keçirilən “Zolağı Pozma” KSM layihəsindən sonra edilən bütün tədbirlər məktəblilərin maarifləndirilməsi yönündə olub. Bu ilin yanvar ayında uşaqlar üçün “Yol Hərəkəti Qaydaları”  kitabı və müxtəlif tarixlərdə servis mərkəzinə təşkil olunan ekskursiyalar şirkətin bu sahəni prioritet sahə kimi seçdiyini göstərməkdədir. Şirkət rəsmiləri tərəfindən verilən məlumatda bu tip layihələrin bu ilin sonuna kimi davam edəcəyi bildirilib.