Sükan arxasında yuxuya gedən sürücü qəzada öldü - VİDEO

17:00 16-09-2019 472

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisənin görüntüləri HerGun.Az-ın mobil reportyor rubrikasına göndərilib.

Bakı-Astara magistral yolunda qeydə alınan qəzada avtomobil dərəyə aşıb. 

Hadisə şahidlərinin dediyinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Göndərdi: Emin Mehrabov