Bakıda iki ayrı rayonda iki nəfəri bıçaqladılar

20:09 16-09-2019 880

Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisələr paytaxtın Sabunçu və Nizami rayonlarında olub.

İlk hadisədə Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu xəsarət alıb.

O, ötən gün saat 20:00 radələrində Klinik Tibbi Mərkəzə daxil olub.

İlkin məlumata görə, zərərçəkmiş Binəqədi şossesindən xəstəxanaya aparılıb.

Lakin araşdırma zamanı cinayətin Sabunçu rayonunun Balaxanı kəndi ərazisində törədildiyi, yəni polisə səhv məlumatlar verildiyi məlum olub. Zərərçəkmiş şəxsin oğurluq və yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsinə görə məhkumluğu olub.

S.Hüseynov Maqa ləqəbli əvvəllər məhkum olunmuş bir adamla mübahisə edib. Hazırda Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən sonuncunun axtarışı aparılır.

Qeyd edək ki, bıçaqlanma məişət zəminində münasibətlərin aydınlaşdırılması zamanı baş verib.

Daha bir bıçaqlanma hadisəsi saat 16:55-də Naxçıvanski küçəsində baş verib. 1983-cü il təvəllüdlü Abdullayev Malik Qalib oğlu sinəsindən bıçaq yarası alıb və ağır vəziyyətdə Sutikinti Şəhər Xəstəxanasına çatdırılıb.

M. Abdullayevi kimin yaraladığı məlum deyil. Xəstənin vəziyyəti ağır olduğundan polis əməkdaşları onu dindirə bilməyiblər.

Faktlarla bağlı istintaq davam edir.

Ramella İbrahimxəlilova