Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO

20:36 16-09-2019 1194

Argentinada yeddi balina dalğalar tərəfindən sahilə çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, hadisə kurort şəhəri Mar-del-Plata yaxınlarında baş verib.

Balinalardan birinin öldüyü bildirilib.

Yerli TN telekanalı könüllülərin və mütəxəssislərin qatıldığı xilasetmə əməliyyatını canlı yayımlayıb.

Artıq balinalardan ikisini dənizə qaytarmaq mümkün olub.

Ancaq bu, o qədər də asan başa gəlməyib. Belə ki, dəniz nəhəngləri həm ağırdırlar, həm də onları mümkün qədər dərinliklərə buraxmaq lazımdır ki, dalğalar yenidən sahilə çıxarmasın.

Hələlik hadisənin səbəbləri bəlli deyil. Mütəxəssislər bildiriblər ki, dənizdə qabarma və çəkilmələr həmişəki qaydasında olub.