Sabirabadda azyaşlı uşaq qaynar çaydanı üstünə aşırdı

22:00 16-09-2019 503

Sabirabadda yaşyarımlıq uşağın üstünə qaynar su tökülüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad şəhəri, N. Nərimanov küçəsində yaşayan, 2018-ci il təvəllüdlü Özgür Əhmədov valideynlərinin gözündən yayınaraq çaydanı aşırıb.

Nəticədə üstünə qaynar su tökülən uşaq yanıq xəsarətləri alıb.

Azyaşlı yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.