BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO

23:18 16-09-2019 554

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunun, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əlibəyli kənd sakini 27 yaşlı Vaxtanqi Canaşvilinin idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq ağaclara çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.