“Alanyaspor”la “Fənərbaxça” da bacarmadı - VİDEO

00:00 17-09-2019 717

Türkiyə Super Liqasında IV tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, turun son oyununda “Alanyaspor” “Fənərbaxça”nı qəbul edib.

Çempionatın sürpriz lideri “Alanyaspor” bu görüşdən də qalib ayrılıb.

Hesabı qonaqlar açsalar da, Alanya təmsilçisi 3 qol vuraraq qələbə qazanıb.

Bu, liderin ardıcıl 4-cü qalibiyyəti olub.

Türkiyə Super Liqası

IV tur

16 sentyabr

“Alanyaspor” – “Fənərbaxça” – 3:1

Qollar: Sisse, 45, 46, Fernandes, 62 – Tolqa, 39