Britaniya kraliçası barsız qaldı - Bukingem sarayının personalı sərxoşluq etdiyinə görə

05:18 17-09-2019 1199

Bukingem sarayının işçiləri əyyaşlıq etdiklərinə görə Britaniya kraliçası II Yelizavetanın şəxsi barı bağlanıb.

The Daily Star” xəbər verir ki, bu haqda saray haqqında çəkilən sənədli filmdə deyilir.

Qeyd edilir ki, saray işçiləri müəyyən imtiyazlardan yararlana bilər.

Kraliçanın mətbuat xidmətinin sabiq işçisi Dik Arbiterin sözlərinə görə, o Yelizavetanın şəxsi hovuzundan istifadə edib.

O bildirib ki, saray işçiləri tez-tez sarayın barına baş çəkib orada spirtli içkilər içiblər. Bu səbəbdən bar tamamilə bağlanılıb.