Filip Kirkorovun oğlu “Barselona”dan “MOİK”a keçdi – FOTO

06:45 17-09-2019 942

Filip Kirkorovun 7 yaşlı oğlu Martin “Barselona”nın Moskva akademiyasından paytaxtın “MOİK” klubunu məktəbinə keçdi.

Sport24 xəbər verir ki, bunu futbol agenti Dmitri Selük bildirib.

Onun sözlərinə görə, akademiyanı dəyişməyi Kirkorova o məsləhət görüb.

“Biz Filiplə uzun illərdi dostuq. Uşaqlarımızda dostluq edir. Onun oğlu Martin futbola aşıqdir və başqa heçnəyi düşünmək istəmir. Mən Filipə başa saldım ki, “MOİK” ciddi klubdur və burada uşağı həm yaxşı futbolçu həm də əsl kişi kimi tərbiyə edəcəklər”, - deyə mütəxəssis bildirib.

Yeni klubda uşağın məşqçisi məktəbin direktoru, keçmiş futbolçu Oleq Karnauxov olacaq.