Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişininin ayaqları kəsildi

08:27 17-09-2019 923

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində evakuatorda olan Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır xəsarətlər alıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişinin hər iki qıçı amputasıya olunub.

Faktla bağlı araşdırma aparılır.