Bakıda baş verən qəzalar 850 evi qazsız qoydu

10:09 17-09-2019 1007

Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş, diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisəyə görə 500 abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib. 

Bundan əlavə, qeyd edilib ki, bu gün səhər saatlarında Xəzər rayonu, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Kəmər dayaqlardan qoparılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb,