Lənkəranda 38 yaşlı kişi yoxa çıxdı

10:54 17-09-2019 474

Lənkəranda 38 yaşlı kişi itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında “VAZ 21014” markalı avtomobilə minərək evə gedəcəyini deyib.

Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli