Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb

12:00 17-09-2019 813

Şəkidə yeniyetmə qızın attraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə HerGun.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. 

2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub. 

K.Zeynalov bildirib ki, işin təfərrüatı tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.